Paytaxtda oğurluq edən şəxslər saxlanılıblar
Nərmin Qocamanlı
Binəqədi rayonu ərazisində bir neçə evdən elektrik naqilləri oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 55 yaşlı Y.Mirzəyev və 51 yaşlı V.Mürsəlov müəyyən olunaraq saxlanılıblar.
Operativ Media xəbər verir ki bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Nizami rayonunda isə bir nəfərə məxsus 600 manat dəyərində mopedi oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 41 yaşlı İ.Qurbanov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net