Menyu

DİN BNMİ növbəti əməliyyat keçirib, 10 kq narkotik vasitə aşkar olunub

Nərmin Qocamanlı
DİN BNMİ növbəti əməliyyat keçirib,  10 kq narkotik vasitə aşkar olunub
1 dəq oxu

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir. Sabunçu rayonunda keçirilən növbəti əməliyyat zamanı  1986-cı il təvəllüdlü Emin Səmədov tutulub. Ondan 10 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

E.Səmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Sabunçu rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 

Əlaqəli Xəbərlər