Menyu

Cəlilabadda ev yanıb

Əsəd Abbaslı
Cəlilabadda ev yanıb

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində Cəbrail Həşimova məxsus evdə qeydə alınıb.

Belə ki, ümumi sahəsi 108 kvadratmetr olan birmərtəbəli 3 otaqlı ev qəfildən alışıb.

Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində evin 88 kvadratmetr sahəsi və əşyaları yanıb. Xəsarət alan olmayıb.

Yanğının elektrik xətlərində yaranan qısaqapanmadan baş verməsi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər