"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi

Əziz Əzizli
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Operativ Media xəbər verir ki, Tovuz rayon təmsilçisi Roberto Olabəni heyətinə qatıb.

İspaniyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 

2018-ci ildə Madrid “Atletiko”sunun heyətində UEFA Superkubokunu başı üzərinə qaldıran Olabe “Eybar”, “Alkorkon”, “Albasete”, “Deportivo”, “Estremadura”, “İbiza” klublarının formasını geyinib. 29 yaşlı futbolçu bir mövsüm Portuqaliyada legioner həyatı yaşayıb. O, “Tondela”nın heyətində 17 oyunda meydana çıxıb.

Digər xəbərlər