Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Şəfa Hüseynli
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

 İyulun 11-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Operativ Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat verib.

 Bildirilib ki,  ⁠​axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 ⁠Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

⁠​Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Digər xəbərlər