Menyu

Sumqayıtda 55 yaşlı kişi qətlə yetirilib, kürəkəni saxlanılıb

Şəfa Hüseynli
Sumqayıtda 55 yaşlı kişi qətlə yetirilib, kürəkəni saxlanılıb

İyulun 12-də gecə saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1970-ci il təvəllüdlü Arif Bağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Operativ Media xəbər verir ki, bu barədə Sumqayıt şəhər Prokurorluğu məlumat verib.

Araşdırma zamanı 1998-ci il təvəllüdlü Nurulla Mərdanovun Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Arif Bağıyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nurulla Mərdanov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Teqlər:

"Sumqay\u0131tda 55 ya\u015fl\u0131 ki\u015fi q\u0259tl\u0259 yetirilib k\u00fcr\u0259k\u0259ni saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər