Ana səhifə / İdman / "Qarabağ" dünya reytinqində 12 pillə gerilədi "Qarabağ" dünya reytinqində 12 pillə gerilədi 12.07.2025, 11:27 Əziz Əzizli Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Operativ Media xəbər verir ki, cədvəldə 501 klub yer alıb. Onların arasında 4 Azərbaycan təmsilçisi var. Aktivində 137.25 xal olan "Qarabağ" 12 pillə geriləyib. Ağdam təmsilçisi 119-cu pillədən 131-ci yerə düşüb. "Zirə" 95,75 xalla mövqeyini qoruyub - 232-ci yer. “Sabah” 76 xalla 317-ci sıradan 313-cü yerə yüksəlib. “Araz-Naxçıvan” da (61.25 xal) irəliləyiş nümayiş etdirərək, 446-cı pillədən 439-cu yerə qalxıb. Siyahıya 480 xalla İspaniya "Real"ı liderlik edir. "İnter" (İtaliya) 469 xalla 2-ci, PSJ (Fransa) isə 462 xalla 3-cüdür. Teqlər: "\"Qaraba\u011f\" d\u00fcnya reytinqind\u0259 12 pill\u0259 geril\u0259di"