İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
Nərmin Qocamanlı
İsmayıllı rayon sakini, 1985-ci il təvəllüdlü Elnarə Kərimova mayın 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.
DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, sonuncu dəfə onun əynində qara rəngli köynək, yaşıl şalvar və qara rəngli ayaqqabı olub.
Onun əlamətləri: boyu 163 sm, dolu bədən quruluşlu, saçları qaradır.
Elnarə Kərimovanın harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)282-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net