Azərbaycan millisi Dünya Seriyasının 1/4 finalına yüksəldi
Əziz Əzizli
Azərbaycanın 3x3 basketbol üzrə qadın millisi Dünya Seriyasının Buxarest mərhələsində sonuncu qrup oyununa çıxıb.
Operativ Media xəbər verir ki, yığmamız Ukrayna seçməsi ilə qarşılaşıb. Azərbaycan millisi rəqibinə 21:20 hesabı ilə qalib gəlib. Bununla da komanda qrup lideri kimi 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, millimiz 1/4 finalda Çin yığması ilə üz-üzə gələcək. Oyun 13 iyul Bakı vaxtı ilə saat 18:50-də start götürəcək.