"Bavariya" "Arsenal"ın yarımmüdafiəçisi Trossardla maraqlanır

Əziz Əzizli
"Bavariya" "Arsenal"ın yarımmüdafiəçisi Trossardla maraqlanır

"Arsenal"ın yarımmüdafiəçisi Leandro Trossard "Bavariya"nın yay transfer pəncərəsi üçün qısa siyahısına düşüb.

Operativ Media xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Münhen klubu "Liverpul"un hücumçusu Luis Diazla bağlı danışıqlarda irəliləyiş əldə edə bilməyəcəyi təqdirdə 30 yaşlı belçikalıya təklif irəli sürə bilər.

Trossard 2023-cü ildən "Arsenal"da çıxış edir. Ötən mövsüm o, bütün turnirlərdə 56 oyun keçirib, 10 qol vurub və 10 məhsuldar ötürmə edib.

"Transfermarkt" onun bazar dəyərini 22 milyon avro qiymətləndirir.

Digər xəbərlər