"Çelsi"nin mətbuat xidməti sosial şəbəkədə klubun Klublararası Dünya Çempionatının kubokunu qaldırarkən redaktə edilmiş şəklini yayıb.
Operativ Media xəbər verir ki, mükafatlandırma mərasimində iştirak edən və ön sırada dayanan ABŞ prezidenti Donald Tramp şəkildən silinib. Düzəliş edilmiş versiyada Tramp futbolçuların arxasında arxa plana keçib.
İyulun 13-də "Çelsi" klublararası dünya çempionatının finalında PSJ-ni 3:0 hesabı ilə darmadağın edib. Koul Palmer iki, Joao Pedro isə bir qola imza atıb. "Çelsi" tarixində ikinci dəfə Klublararası Dünya Çempionatının qalibi olub.