17 Fevral 2023, 19:20
Monteneqro Türkiyəyə 27 ton yardım göndərib
Monteneqro Türkiyəyə 27 ton yardım göndərib şəkil
Monteneqro Türkiyəyə 27 ton yardım göndərib

Monteneqrodan Türkiyənin zəlzələ bölgələrinə bu vaxtadək 27 ton humanitar yardım göndərilib.

"Operativ Media" xəbər verir ki, yardımları daşıyan daha 2 yük maşını yola düşəcək, həmçinin yardımlar Türk Hava Yollarının (THY) gün ərzində həyata keçirdiyi 2 reyslə də bölgəyə çatdırılır.

Monteneqrodakı müxtəlif təşkilatlar və qurumlar vasitəsilə indiyədək təxminən 400 min avro maliyyə yardımı toplanıb. Maliyyə yardımları Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Türkiyədəki hesabına köçürülür. Monteneqronun 53 xilasedicisi Türkiyədəki axtarış-xilasetmə içlərində fəal iştirak edib və ölkəyə qayıdıb.

Monteneqronun Baş nazirinin müavini, investisiyalar naziri Ervin İbrahimoviç ölkəsinin hər zaman Türkiyənin yanında olduğunu qeyd edib, yardım kampaniyalarının davam etdiyini bildirib.

Son xəbərlər
Corco Kyellini ABŞ klubunda səhmdar olub
Bloomberg: Aİ-nin 2034-cü ilə qədər büdcə layihəsində Kiyev üçün 100 milyard avro nəzərdə tutulub
ABŞ Patriot hava hücumundan müdafiə sistemini Ukraynaya köçürə bilər
Qvatemalada güclü zəlzələ baş verib
Klublararası DÇ: İlk finalçı bəlli oldu
Azərbaycan OPEC-in Beynəlxalq Seminarında təmsil olunur
Ukrayna 20 ölkədə səfirlərini dəyişəcək
Paşinyan Qazaxıstana hərbi attaşe təyin edib