"Arsenal" "Valensiya"nın müdafiəçisini transfer edir

Əziz Əzizli
"Arsenal" "Valensiya"nın müdafiəçisini transfer edir

"Valensiya"nın müdafiəçisi Kristian Mosquera "Arsenal"la şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Operativ Media bu barədə "The Athletic"ə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, London klubu da “Valensiya” ilə anlaşmağa yaxındır. "Arsenal" ümid edir ki, ispan müdafiəçi Qabriel və Vilyam Salibanı əvəz edəcək.

Mosquera 2016-cı ildən "Valensiya"da çıxış edir. 2024/25 mövsümündə 21 yaşlı ispaniyalı bütün yarışlarda 41 oyun keçirib və 1 qol vurub.

"Transfermarkt" portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.

Digər xəbərlər