Ana səhifə / İdman / "Neftçi" azərbaycanlı futbolçu ilə yollarını ayırdı "Neftçi" azərbaycanlı futbolçu ilə yollarını ayırdı 14.07.2025, 15:54 Əziz Əzizli "Neftçi" daha bir futbolçusu ilə yollarını ayırıb. Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. “Ağ-qaralar" İsmayıl Zülfüqarlı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Qeyd edək ki, A komandada 2019/2020-ci illər mövsümündə debüt etmiş Zülfüqarlı “ağ-qara” formada 67 rəsmi oyun keçirib, 4 qol vurub. O, komandamızın heyətində avrokubokarda qol vurmuş ən gənc futbolçu kimi də tarixə düşüb. Teqlər: "\"Neft\u00e7i\" az\u0259rbaycanl\u0131 futbol\u00e7u il\u0259 yollar\u0131n\u0131 ay\u0131rd\u0131"