Menyu

Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazandı

Əziz Əzizli
Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazandı
1 dəq oxu

Gürcüstanda keçirilən “Kakhi Cup 2025” beynəlxalq turnirində Azərbaycan ağırlıqqaldıranları uğurlu çıxış ediblər.

Operativ Media xəbər verir ki, idmançımız İsa Rüstəmov toplam 321 kq (145 kq + 176 kq) nəticə ilə bürünc medal qazanıb. Digər təmsilçimiz Dadaş Dadaşbəyli isə toplam 392 kq (184 kq + 208 kq) nəticə ilə turniri 6-cı pillədə tamamlayıb.

Qeyd edək ki, turnirin yekun sıralaması sinkler cədvəli üzrə hesablanıb və ilk 6 yeri tutan idmançılar medal ilə təltif olunublar.

Əlaqəli Xəbərlər