Ana səhifə / İdman / "Qarabağ" "Zaltsburq"la qarşılaşacaq "Qarabağ" "Zaltsburq"la qarşılaşacaq 15.07.2025, 10:03 Əziz Əzizli Təlim-məşq toplanışını Avstriyada davam etdirən “Qarabağ” bu gün sonuncu – 4-cü yoxlama matçını keçirəcək. Operativ Media xəbər verir ki, ağdamlılar 17 qat Avstriya çempionu “Zaltsburq” ilə üz-üzə gələcək. Görüş Kaprun stadionunda, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən “Qarabağ” Avstriya toplanışını iyulun 16-da başa vuracaq. Teqlər: "\"Qaraba\u011f\" \"Zaltsburq\"la qar\u015f\u0131la\u015facaq"