"Mygov"da vətəndaşların tibbi məlumatlara çıxış imkanları genişləndirilib.
Operativ Media xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və İRİA-nın birgə təşəbbüsü ilə yeni tibbi məlumatlar mygov-a inteqrasiya olunub. Artıq vətəndaşlar mygov-un "Tibb məlumatlarım" bölməsi vasitəsilə sağlamlıq haqqında tibbi arayışa və sürücülük vəsiqəsi almaq üçün tibbi arayışa rahatlıqla baxa bilərlər.
Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlıqla elektron xəstəlik vərəqələri üzrə məlumatlar da mygov-a inteqrasiya olunub.
Əlillik ilə bağlı məlumatlara rəqəmsal çıxış imkanı yaradılıb. Bu inteqrasiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əməkdaşlıqla baş tutub.
Qeyd olunur ki, bu yeniliklər vətəndaşlara zəruri məlumatlara daha rahat, mərkəzləşdirilmiş çıxış imkanı yaradır.