Əlcəzairli futbolçu Rayan Senhadji karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.
Operativ Media xəbər verir ki, “Zirə” klubu 28 yaşlı müdafiəçini transfer etmək niyyətindədir.
Hazırda Rusiyanın “Fakel” klubunda çıxış edən Senhadji bundan əvvəl Fransanın “Sochaux”, “Beziers”, Bolqarıstanın “Montana”, Danimarkanın “Jammerbugt”, Əlcəzairin “JS Kabylie” və Bolqarıstanın “Krumovgrad” klublarında forma geyinib. O, indiyədək 142 oyunda 4 qol vurub, 2 assistlə yadda qalıb.
Futbolçunun bazar dəyəri 700 min avro təşkil edir.