Menyu

DSMF-nin xərcləri artıb

Nərmin Qocamanlı
DSMF-nin xərcləri artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin birinci yarımilində proqnozla müqayisədə 7 faiz və ya 244 milyon manat çox olmaqla 3 milyard 963 milyon manat təşkil edib.

Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 237 milyon manat artaraq 3 milyard 146 milyon manat olub.

Bu ilin 6 ayında DSMF-nin xərcləri 3 milyard 744 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9,5 faiz və ya 324 milyon manat çoxdur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər