Menyu

Milli parklara səfər edən turistlərin sayı artıb

Nərmin Qocamanlı
Milli parklara səfər edən turistlərin sayı artıb

Azərbaycanın zəngin təbiətini və müxtəlif  ekosistemlərini  özündə birləşdirən milli parkları ziyarət edən turistlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım qeydə alınıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Operativ Media-ya bildirib ki,  ölkəmizin füsunkar təbiət guşələrində yerləşən, bioloji müxtəlifliyi ilə seçilən milli parklarımıza 2025-ci ilin 6 ayı ərzində 87 542  turist səfər edib.  Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur.

“Milli parklara səfər edən ziyarətçilərin böyük əksəriyyətini yerli turistlər təşkil edib ki, bu da ölkə əhalisinin təbiət ərazilərinə, ekoturizmə marağının artması və aparılan ekoloji maarifləndirmə işlərinin nəticəsidir”.

Mətbuat katibi onu da qeyd edib ki, bu ilin 6 ayı ərzində təbiətsevərlərin ən çox üz tutduğu məkanlar arasında Göygöl, Şahdağ və Abşeron milli parkları ilk sıralarda yer alıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər