Wizz Air Əbu-Dabidəki fəaliyyətini dayandırır

Nərmin Qocamanlı
Wizz Air Əbu-Dabidəki fəaliyyətini dayandırır

"Wizz Air" 2025-ci il sentyabrın 1-dən Əbu-Dabidəki fəaliyyətini dayandırır.

Operativ Media xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Məlumata görə, qərar bazar dinamikasının, əməliyyat problemlərinin və Yaxın Şərqdəki geosiyasi hadisələrin hərtərəfli yenidən qiymətləndirilməsindən sonra qəbul edilib.

Qeyd edək ki, bir müddət əvvəl Macarıstanın “Wizz air” şirkəti Azərbaycanın Qəbələ şəhərindən Əbu-Dabiyə uçuşlara başlamışdı.

 

 

Digər xəbərlər