Menyu

Renat Dadaşov Polşa klubuna keçdi - RƏSMİ

Əziz Əzizli
Renat Dadaşov Polşa klubuna keçdi - RƏSMİ
1 dəq oxu

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni klubu məlum olub.

Operativ Media xəbər verir ki, 26 yaşlı hücumçu “Motor Lublin”ə keçib.

Bu barədə Polşa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Dadaşovla razılaşmanın detalları açıqlanmayıb.

Renat son mövsümdə Polşada “Radomyak”da çıxış edib.

“Motor Lublin” Polşanın əsas liqasında – Ekstraklasasında mübarizə aparır.

Əlaqəli Xəbərlər