Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin sayı açıqlanıb.
Operativ Media xəbər verir ki, iştirakını təsdiqləmiş 8 ölkəni 1840 idmançı və 2666 nümayəndə təmsil edəcək. Azərbaycanı 349, Rusiyanı 263, Qazaxıstanı 259, Özbəkistanı 257, Belarusu 255, Tacikistanı 202, Türkmənistanı 170, Qırğızıstanı isə 85 idmançının təmsil edəcəyi dəqiqləşib.
Qeyd edək ki, III MDB Oyunları bu il sentyabr 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışlar 12 idman məkanında keçiriləcək.