Menyu

Monteneqroya səfər edənlərin sayı artıb - BİLET QİYMƏTLƏRİ

Nərmin Qocamanlı 2888 baxış
Monteneqroya səfər edənlərin sayı artıb - BİLET QİYMƏTLƏRİ

Son dövrlərdə Monteneqroya səfər edən azərbaycanlı turistlərin sayında nəzərəçarpan bir artım müşahidə olunur. 

Azərbaycanlı turistlər üçün viza tələb olunmayan ölkələr siyasında yer alması bu ölkəni daha da cazibədar edir.

Turizm üzrə ekspert Ceyhun Aşurov Operativ Media-ya bildirib ki, son illər Monteneqro azərbaycanlı turistlərin papulyar istiqamətlərindən birinə çevrilib:

"Monteneqro azərbaycanlı turistlər arasında Türkiyədən sonra ən populyar istiqamətlərdən biridir. Bunun əsas səbəbi isə viza tələbinin olmaması və birbaşa uçuşların mövcudluğudur.

Yaz-yay aylarında dənizkənarı bölgələrdə istirahət etmək üçün ideal bir turistik məkan olan Monteneqro, həm də yaşıllığı ilə seçilir. Bu səbəbdən azərbaycanlılar üçün burada istirahət etmək həm rahat, həm də cəlbedicidir.

Bundan əlavə, siyasi baxımdan Monteneqro Azərbaycanla dost münasibətlərə sahibdir və Azərbaycanın bu ölkədə kifayət qədər investisiyaları mövcuddur.

Əhalisi nisbətən az olan Monteneqro, daha çox turist cəlb etməyə maraqlıdır. Bu ölkənin iqtisadiyyatı üçün müsbət təsir göstərir".

Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakıdan Tivata birbaşa reyslər həyata keçirir.

Hazırda Monteneqorun Tivat şəhərinə iyul-avqust ayları üçün bilet qiymətləri 477- 815 AZN arasında dəyişir:


Bundan başqa, vətəndaşlar müxtəlif şirkətlərin təqdim etdiyi turpaketlərdən də yararlana bilərlər.  Turpaketlərin qiymətləri isə iyul-avqust ayları üçün adambaşına 925 manatdan başlayır.


Şəfa Hüseynli

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər