17 Fevral 2023, 20:24
Haaqada AŞPA Daimi Komitəsinin iclası keçiriləcək
Haaqada AŞPA Daimi Komitəsinin iclası keçiriləcək şəkil
Haaqada AŞPA Daimi Komitəsinin iclası keçiriləcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 60 üzvünü bir araya gətirən qurumun Daimi Komitəsinin iclası martın 2 və 3-də Haaqada keçiriləcək.

"Operativ Media" xəbər verir ki, AŞPA Daimi Komitəsinin iclasında Avropa Konqresinin 75 illiyinə həsr edilmiş tədbir təşkil olunacaq. Tədbirdə Niderland hüquq müdafiə naziri Frank Vervind və Avropa Şurasının Baş katibi Mariya Peçinoviç Buriş çıxış edəcəklər.

Eyni zamanda, iclas çərçivəsində mayın 16-17-də İslandiyanın paytaxtında keçiriləcək Avropa Şurası Dövlət və Hökumət Başçılarının Zirvə toplantısına dair fikir mübadiləsi aparılacaq və qurumun gələcəyinə dair müzakirələr olacaq.

Daimi Komitənin iclasında AŞPA üzvləri beynəlxalq sığınacaq və müdafiə, mədəniyyətlərarası dialoq üçün mədəniyyət marşrutlarının platforması, milli sərhədlərdən kənarda onlayn tədris və tədqiqatın təşviqi, səhiyyə və reproduktiv cinsi hüquqlara dair yeni yanaşmalar kontekstində Avropa həmrəyliyinə dair hesabatları müzakirə edəcəklər.

Son xəbərlər
Sumqayıt Tekstil Fabrikində zəhərlənənlərin sayı artıb - YENİLƏNİB
XİN sözçüsü: Çin və Azərbaycan strateji tərəfdaşdır
Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti ilə görüşüb
Yağış yağacaq, şimşək çaxacaq
Göygöldə 43 yaşlı kişi dəm qazından boğulub
Orxan Fikrətoğlu mədəniyyət nazirinə müşavir təyin olunub
Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar yenidən başlayıb
"Araz-Naxçıvan"ın zədəliləri qayıtdı