Pekində aprelin 23-də imzalanmış “Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” iyulun 16-da qüvvəyə minir.
Operativ Media xəbər verir ki, iyulun 16-dan etibarən Azərbaycanın etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Çinin etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində 30 gündən çox olmamaqla və hər 180 günlük dövr ərzində ümumilikdə 90 gün müddətini aşmamaqla viza tələbindən azad edilir.
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Pekinə bu ay üçün 434 AZN-dən, noyabr, dekabr aylarında isə 305 AZN-dən biletlər təklif edir:
Çin aviaşirkəti "China Southern Airlines" bu ay üçün Bakıdan Pekinə gediş-dönüş aviabiletlərini 728.10 ABŞ dollarından başlayan qiymətlərlə təklif edir:
Özbəkistanın “Centrum Air” aviaşirkəti isə Bakıdan Çinin Quançjou şəhərinə 316 dollardan başlayan qiymətlərlə bilet təklif edir: