"Neftçi" ekvadorlu yarımmüdafiəçi transfer etdi

Əziz Əzizli
"Neftçi" ekvadorlu yarımmüdafiəçi transfer etdi

“Neftçi” daha bir futbolçunu heyətinə qatıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Ekvadorlu Cordan Rezabala artıq “Neftçi” ailəsinin üzvüdür. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Ekvadorun “İndependyente” klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika liqasında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək “Sumqayıt”ın formasını geyinmiş Rezabala bir müddət baş məşqçimiz Samir Abasovun rəhbərliyi altında da oynayıb. Cordan 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.

Digər xəbərlər