Azərbaycan diaspor rəhbərinin oğlu iki aylıq həbs edilib - YENİLƏNİB 3

Əsəd Abbaslı
Azərbaycan diaspor rəhbərinin oğlu iki aylıq həbs edilib - YENİLƏNİB 3

Yekaterinburqun Lenin rayon məhkəməsi Mutvalı Şıxlinski barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Operativ Media xəbər verir ki, qərar qüvvəyə minməyib və apelyasiya qaydasında şikayət verilə bilər.

Xatırladaq ki, M.Şıxlinski saxlanılan zaman xüsusi təyinatlını avtomobillə vurmaqda ittiham olunur.

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin oğlu, barəsində hökumət nümayəndəsinə qarşı zorakılıq işi açılan Mutvalı Şıxlinski məhkəmədə hökumət rəsmisinə qəsdən zərər vurmadığını və baş verənlərdən təəssüfləndiyini bildirib.

18:55

Operativ Media TASS-a istinadən xəbər verir ki, o, növbətçi işçiyə niyə zərər vurulması ilə bağlı sualı cavablandırarkən deyib:

"Bu, qəsdən olmayıb. Onu görməmişəm, sağımda olub, sonradan məlum olub. Baş verənlərdən çox təəssüflənirəm".

00:22

Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski RF Cinayət Prosessual Məcəlləsinin 48 saat həbsi nəzərdə tutan 91-ci maddəsinə əsasən saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə “E1.ru” mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Mutvalı Şıxlinskinin evində axtarış aparılmalıdır, o, məhkəmə başlamazdan iki gün əvvəl saxlanılıb.

Bundan əlavə, Moskvada Şahin Şıxlinskiyə qarşı iş açılıb, mənbənin E1.ru-ya verdiyi məlumata görə, cinayət işinin hansı maddə ilə başlandığı göstərilmir.

21:27  15.07.25

Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə "E1.ru" məlumat yayıb.

İddialara görə, Mutvali iyulun 1-də atası saxlanlarkən avtomobillə hüquq-mühafizə orqanı əməkdaşına xəsarət yetirib. Ona qarşı hansı maddə ilə ittiham irəli sürüldüyü məlum deyil.

Hazırda o, İstintaq Komitəsində dindirilir.

Digər xəbərlər