"Yuventus" Sanço üçün 17 milyon avro təklif edib

Əziz Əzizli
"Yuventus" Sanço üçün 17 milyon avro təklif edib

"Yuventus" "Mançester Yunayted"in hücumçusu Ceydon Sançonu transfer etmək istəyir .

Operativ Media xəbər verir ki, bu haqda jurnalist Alfredo Pedulla məlumat yayıb.

Məlumata görə, turin klubu 25 yaşlı ingilis üçün 17 milyon avro ödəməyə hazırdır.

Futbolçunun “Mançester Yunayted”lə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.

Sanço 2024/25 mövsümündə "Çelsi"də icarə əsasında çıxış edib, bütün yarışlarda 42 oyunda 5 qol vurub və 10 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı futbolçunun dəyərini 28 milyon avro qiymətləndirir.

Digər xəbərlər