Polis tərəfinfən saxlanılan reper Əkbər Novruzlu həbs olunub.
Operativ Media xəbər verir ki, bununla bağlı məhkəmə qərar qərar verib.
O, inzibati qaydada 30 sutka müddətinə həbs edilib.
***
13:51
Epi adı ilə tanınan reper Əkbər Novruzlunu polis saxlayıb.
Operativ Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun saxlanılmasına bir neçə gün əvvəl Bakıda keçirilən kütləvi tədbirlərin birində söyüş və əxlaqsız ifadələrin yer aldığı repin səbəb olduğu bildirilir.
Bakı bulvarındakı tədbir zamanı açıq məkanda səsləndirilən həmin rep sosial şəbəkələrdə yayılıb, vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.
Hazırda reperlə bağlı araşdırma gedir.