"Fənərbağça" "Zenit"in braziliyalı yarımmüdafiəçisini transfer etmək istəyir

Əziz Əzizli
"Fənərbağça" "Zenit"in braziliyalı yarımmüdafiəçisini transfer etmək istəyir

"Fənərbaxça" yarımmüdafiəçi Vendelin transferi üçün "Zenit"lə danışıqlar aparır.

Operativ Media xəbər verir ki, bu haqda türkiyəli jurnalist Zafer Ertaş məlumat yayıb.

Mənbənin sözlərinə görə, danışıqlar iyunun 22-də başlayıb, iyulun 22-də isə yeni mərhələ baş tutacaq.O da qeyd olunur ki, yarımmüdafiəçi Səudiyyə Ərəbistanından böyük təklif alsa da, hələ ki, gələcəyi ilə bağlı qərar verməyib.

Vendel 2020-ci ilin oktyabr ayından "Zenit"də çıxış edir. Bu müddət ərzində 27 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 150 oyun keçirib, 21 qol vurub və 36 məhsuldar ötürmə edib. Vendelin Rusiya klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədərdir.

"Transfermarkt" portalı oyunçunun dəyərini 18 milyon avro qiymətləndirir.

Futbolçu yayda "Botafoqo"ya keçməli idi. Razılaşma yanvarda razılaşdırılsa da, may ayında Braziliya klubu geosiyasi məsələlərə görə transferi ləğv etdiyini açıqlamışdı.

Digər xəbərlər