İndiyədək peyk xidmətlərindən 650 milyon manat gəlir əldə olunub
Şəfa Hüseynli
Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) 2024-cü ildə 50-yə yaxın ölkədə 200-ə yaxın şirkətə telekommunikasiya və yer müşahidəsi üzrə xidmət və həllər, o cümlədən teleport xidmətləri və əlavə dəyər yaradan yeni biznes xətti olan təlim və konsultasiyadan ümumilikdə 47,4 milyon manat gəlir əldə edib.
Operativ Media xəbər verir ki, bu barədə “Azərkosmos”un 2024-cü il üzrə hesabatında deyilir.
Bununla yanaşı, ötən il müəssisənin əlavə dəyər xidmətlərində 2 dəfəyə yaxın artım müşahidə olunub. Belə ki, 2023-cü ildə bu rəqəm 1,4 milyon manat təşkil edirdisə, 2024-cü ildə 2,7 milyon manat olub.
Ümumilikdə “Azərkosmos”un 2013-cü ildən başladığı kommersiya fəaliyyətinin nəticəsi olaraq 650 milyon manat gəlir əldə olunub.
Teqlər:
"\u0130ndiy\u0259d\u0259k peyk xidm\u0259tl\u0259rind\u0259n 650 milyon manat g\u0259lir \u0259ld\u0259 olunub"