Menyu

Bakı-Qazax yolunda qəza törədən sürücü hadisə yerindən qaçıb - VİDEO

Nərmin Qocamanlı
Bakı-Qazax yolunda qəza törədən sürücü hadisə yerindən qaçıb - VİDEO

Bakı-Qazax yolunun 4-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, hadisə iyulun 14-ü axşam radələrində qeydə alınıb.

Belə ki, 99 BV 057 dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobil sol zolaqla hərəkət edən "Ford" markalı avtomobili vuraraq su kanalına salıb.

Hadisədən sonra "KİA" markalı avtomobilin sürücüsü qəza yerindən uzaqlaşıb.

Zərərçəkən şəxs həmin anın video görüntülərini Operativ Media-ya təqdim edib. Bildirilib ki, hadisə ilə bağlı polis tərəfindən araşdırılma aparılır.

Sürücü qeyd edib ki, avtomobildə onunla yanaşı yoldaşı və 3 yaşlı övladı da olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər