Hanoyda Hökumət Komissiyasının 3-cü iclası ərəfəsində Vyetnamın sənayesi və ticarət nazirinin köməkçisi Nguyen Hoang Long, AZPROMO , KOBİA , Vyetnam Milli Sahibkarlıq Assosiasiyası və hər iki ölkənin biznes dairələrinin idarəsi ilə Azərbaycan-Vyetnam Birinci Biznes Şurası və Biznes Forumu həyata keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov öz "X" hesabında məlumat verib.
Nazir bildirib ki, sahibkarlar Azərbaycan və Vyetnamda investisiya mühiti, iqtisadi zonalar, sənaye parkları, yüksək texnologiya, kənd təsərrüfatı, karbohidrogenlər və bərpa olunan enerji sahələrində informasiya sisteminə qoşulmağa, biznes missiyaları qurmaq, imkanlardan faydalanmağa, birgə müəssisələr yaratmağa və konkret layihələrə sərmayə yatırmağa dəvət edilib.
Pərviz Şahbazov qeyd edib ki, forum çərçivəsində 5 iş sənədi, o cümlədən bərpa olunan enerji Mənbələri Dövlət Agentliyi ilə Vyetnamın “ROX Group” SC arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.