Menyu

Peşə məktəblərinə qəbulun vaxtı açıqlanıb

Nərmin Qocamanlı
Peşə məktəblərinə qəbulun vaxtı açıqlanıb
1 dəq oxu

"Peşə təhsilində mərhələli şəkildə adambaşına maliyyələşmə mexanizmi tətbiq olunur".

Operativ Media xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

O bildirib ki, ayrı-ayrı ixtisaslar üzrə xərclər müəyyənləşdirilir:

“Xərclərdə müəllimin iş saatı, əməkhaqqı, enerji ehtiyatına sərfiyyat və s. nəzərə alınır. Bazarda 3 aylıq kursların qiyməti 1 illik təhsil qiymətindən çoxdur. Peşə təhsili praktiki təhsildir. Məqsədimiz tələbələrə tədris prosesində səhvləri öyrədib, onları əmək bazarına hazırlıqlı yetişdirməkdir”, – o söyləyib.

Onun sözlərinə görə, iyul-avqust aylarında peşə təhsili müəssisələrinə qəbul aparılacaq: "Peşə təhsili müəssisələrinə qəbul prosesində plan yerlərinin artırılması gözlənilir".

Əlaqəli Xəbərlər