Qubada cüdo məşqçiliyi ixtisası üzrə beynəlxalq tədris proqramına start verilib

Əziz Əzizli
Qubada cüdo məşqçiliyi ixtisası üzrə beynəlxalq tədris proqramına start verilib

Azərbaycan Cüdo Federasiyası (ACF), Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında imzalanmış üçtərəfli anlaşma memorandumuna əsasən Qubada cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələr üçün xüsusi proqram start götürüb. 

Operativ Media xəbər verir ki, proqram çərçivəsində Hertfordşir Universitetinin professoru Mayk Kallenin rəhbərliyi ilə praktiki cüdo dərsləri keçirilir. Tədris prosesinə müxtəlif ölkələrdən dəvət olunmuş tanınmış ekspertlərlə yanaşı, cüdo pedaqogikasını dərindən mənimsəmiş yerli mütəxəssislər də cəlb olunub.

Təşəbbüsün əsas məqsədi cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələrin beynəlxalq standartlara uyğun bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Qeyd edək ki, proqramda 60-dan artıq tələbə iştirak edir.

Digər xəbərlər