Menyu

Mbappe polisə rüşvət verməkdə şübhəli bilinir

Əziz Əzizli
Mbappe polisə rüşvət verməkdə şübhəli bilinir
1 dəq oxu

"Real Madrid"in hücumçusu Kilyan Mbappe Fransa millisini qoruyan polis əməkdaşlarına külli miqdarda pul verməsi ilə bağlı işdə təqsirləndirilir.

Operativ Media "RMC Sport"a istinadən xəbər verir ki, 2023-cü ildə futbolçunun hesabından 5 polisə ümumilikdə 180 min 300 avro köçürülüb, 4 məmurun hər biri 30 min avro, müdiri isə 60 min 300 avro alıb.

Futbolçunun sözlərinə görə, o, sadəcə olaraq, futbolçuların təhlükəsizliyini təmin edən insanları mükafatlandırmaq istəyib. Mbappe hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazırdır.

Əlaqəli Xəbərlər