Ana səhifə / İdman / "Mançester Siti" və "Bavariya" PSJ-nin qapıçısı ilə maraqlanır "Mançester Siti" və "Bavariya" PSJ-nin qapıçısı ilə maraqlanır 17.07.2025, 09:45 Əziz Əzizli "Mançester Siti" və "Bavariya" PSJ-nin qapıçısı Canluici Donnarummanın vəziyyətini izləyir. Operativ Media xəbər verir ki, bu haqda insayder Nikolo Şira X sosial şəbəkəsində bildirib. Daha əvvəl məlum olmuşdu ki, 26 yaşlı italiyalının Paris klubunda gələcəyi onun müqaviləni uzatmaq istəyindən asılıdır. Donnarummanın PSJ ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. "Transfermarkt" qapıçının qiymətini 40 milyon avro qiymətləndirir. 2024/25 mövsümündə Donnarumma bütün yarışlarda 47 matçda iştirak edib və 43 qol buraxıb. Teqlər: "\"Man\u00e7ester Siti\" v\u0259 \"Bavariya\" PSJ-nin qap\u0131\u00e7\u0131s\u0131 il\u0259 maraqlan\u0131r"