"Neftçi" Polşada ilk yoxlama oyununa çıxacaq

Əziz Əzizli
"Neftçi" Polşada  ilk yoxlama oyununa çıxacaq

“Neftçi” bu gün Polşa təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.

Operativ Media xəbər verir ki, "ağ-qaralar” İsrailin “Hapoel Təl-Əviv” klubu ilə qarşılaşacaq. Matçın başlanma saatı və keçiriləcəyi yer də artıq müəyyənləşib. Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start götürəcək oyun Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunacaq. Rəqib komandanın istəyinə əsasən görüş qapalı keçiriləcək.

Matç “Neftçi TV” ilə canlı yayımlanacaq.

Digər xəbərlər