Azərbaycan Premyer Liqasının son çempionu "Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Operativ Media Xorvatiyanın İndex.hr saytına istinadən xəbər verir ki, Sami Mmaee icarə əsasında "Qarabağ"a keçəcək.
"Dinamo Zaqreb" və "Qarabağ" müqavilənin son detalları üzərində işləyirlər və tezliklə bütün sənədlər imzalanacaq.
Ağdam təmsilçisi mərakeş əsilli mərkəz müdafiəçisini iki illik icarəyə götürəcək.
Futbolçu tezliklə tibbi müayinədən keçəcək və rəsmi müqavilə imzalanacaq.