"Real Madrid" maliyyə ili ərzində 24 milyon avro xalis mənfəət əldə edib
Əziz Əzizli
"Real Madrid" 2024/25 maliyyə ilini 24 milyon avro xalis mənfəətlə başa vuracağını bildirib ki , bu da əvvəlki illə müqayisədə 9 milyon avro çoxdur.
Operativ Media xəbər verir ki, klub öz rəsmi internet saytında yaydığı press-relizdə qeyd edib.
Madrid klubunun 2024/25 mövsümündə oyunçu transferləri nəzərə alınmadan gəliri əvvəlki ilə nisbətən 10 faiz artaraq 1,185 milyard avro təşkil edib. Qeyd olunur ki, bundan əvvəl heç bir başqa futbol komandası milyard avro həddini keçə bilməyib.
2024/25 maliyyə ili üçün 243 milyon avro mənfəət ( EBITDA) klubun indiyə qədərki ən yüksək göstəricisidir.
Teqlər:
"\"Real Madrid\" maliyy\u0259 ili \u0259rzind\u0259 24 milyon avro xalis m\u0259nf\u0259\u0259t \u0259ld\u0259 edib"