Menyu

"Qarabağ"ın İrlandiyadakı oyunu xorvatlara tapşırıldı

Əziz Əzizli
"Qarabağ"ın İrlandiyadakı oyunu xorvatlara tapşırıldı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümündə ilk oyununun hakimləri müəyyənləşib.

Operativ Media xəbər verir ki, II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubu ilə keçiriləcək səfər görüşünə Xorvatiyadan olan ədalət təmsilçiləri təyinat alıb.

İyulun 23-də Dublindəki “Tolka Park”da baş tutacaq qarşılaşmanı Ante Çulina idarə edəcək. Luka Puşiç və İvan Mihali oyunun baş hakiminin köməkçiləri olacaqlar. Mateo Erceq dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Teqlər:

"\"Qaraba\u011f\"\u0131n \u0130rlandiyadak\u0131 oyunu xorvatlara tap\u015f\u0131r\u0131ld\u0131"

Əlaqəli Xəbərlər