Menyu

Azərbaycanda bu il əmtəəlik səmt qazının istehsalı artıb

Şəfa Hüseynli
Azərbaycanda bu il əmtəəlik səmt qazının istehsalı artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın neft yataqlarından 7 386,83 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 0,77% azdır.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya  verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 2 064,72 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 12,9% çoxdur.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın neft yataqlarından 15 112,09 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 0,2% çoxdur

Teqlər:

"Az\u0259rbaycanda bu il \u0259mt\u0259\u0259lik s\u0259mt qaz\u0131n\u0131n istehsal\u0131 art\u0131b"

Əlaqəli Xəbərlər