Menyu

Dioqo Jota "Vulverhempton"un Şöhrət Zalına daxil edildi

Əziz Əzizli
Dioqo Jota "Vulverhempton"un Şöhrət Zalına daxil edildi
1 dəq oxu

Avtomobil qəzasında dünyasını dəyişən Dioqo Jota "Vulverhempton"un Şöhrət Zalına daxil edilib.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı 2017-2020-ci illərdə "Qurdlar"da çıxış edib, sonra "Liverpul"a keçib. Mersisaydlılar əvvəllər Jotanın xatirəsinə 20 nömrəsini təqaüdə çıxarmışdılar.

İyulun 3-də 28 yaşlı Jota və onun 25 yaşlı qardaşı Andre Silvanın ölüm xəbəri yayılıb.Onlar İspaniyada yol qəzasında ölüblər. Qəzanın səbəbləri ilə bağlı ilkin qənaətə görə , Jotanın idarə etdiyi avtomobil sürət həddini aşıb. Ötmə zamanı avtomobilin təkəri partlayıb, bundan sonra futbolçu idarəetməni itirib.

Əlaqəli Xəbərlər