18 Fevral 2023, 15:00
Xilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ, 771 nəfərin cəsədini çıxarıb
Xilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ, 771 nəfərin cəsədini çıxarıb şəkil
Xilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ, 771 nəfərin cəsədini çıxarıb

Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 53 nəfəri sağ, 771 nəfərin cəsədini çıxarıb.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Bu çərçivədə, məlumat verildiyi kimi, FHN-in xilasedicilərinin bir qrupu zəlzələnin ciddi zərər vurduğu Türkiyənin Hatay bölgəsində ötən gündən axtarış-xilasetmə əməliyyatlarına başlayıb.

Ümumilikdə, FHN-in qüvvələri bu vaxtadək həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 761 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiqi ilə davam etdirilir.

Son xəbərlər
Sabah İmişlidə 4 400 abonentin qaz təchizatı dayandırılacaq
Ötən ay Dövlət Əmək Müfəttişliyi Xidməti 1400-dən çox vətəndaş müraciətini cavablandırıb
Azərbaycanlı futbolçuların komandasına yeni baş məşqçi təyin olunub
Bakıda Türk İnvestisiya Fondunun maliyyələşdirmə mexanizmləri təqdim ediləcək
Bakıda növbəti “Kənddən şəhərə” yarmarkası keçiriləcək
COP29-un İT departamentinin təmsilçiləri nüfuzlu “Cisco” şirkətinin mükafatına layiq görülüblər
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub - SİYAHI
Fevralın 16-da magistraturaya qəbul imtahanı keçiriləcək