Beşinci “Yüksəliş” müsabiqəsinin finalı başa çatdı

Əsəd Abbaslı
Beşinci “Yüksəliş” müsabiqəsinin finalı başa çatdı

İyulun 20-də "Yüksəliş" müsabiqəsinin final mərhələsi başa çatıb.

Operativ Media xəbər verir ki, müsabiqə üç gün davam edib.

Beşinci "Yüksəliş" müsabiqəsinin qaliblərinin adları üç iş günü ərzində açıqlanacaq.

Qeyd edək ki, finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 124 nəfər iştirakçı mübarizə aparıb. Final mərhələsində iştirakçılar "İdarəçi rollar modeli" üzrə fərqli situasiyaları həll etməklə öz bilik və idarəetmə bacarıqlarını nümayiş etdiriblər. 2025-ci il fevralın 28-də qeydiyyatına start verilən "Yüksəliş" müsabiqəsinə 16 553 iştirakçı müraciət edib.

"Yüksəliş" müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən - böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 AZN dəyərində pul mükafatı gözləyir.

"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca beşinci "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Digər xəbərlər