Menyu

“Anglo Asian Mining” Qarabağda “Dəmirli” yatağında hasilata başlanılması üçün hazırlıq işlərinə start verilib

Şəfa Hüseynli
“Anglo Asian Mining” Qarabağda “Dəmirli” yatağında  hasilata başlanılması üçün hazırlıq işlərinə start verilib
1 dəq oxu

Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining Plc.” (AAM) şirkəti Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən “Dəmirli” mis-molibden yatağında hasilata başlanılması üçün hazırlıq işlərinə start verib.

Bu barədə Operativ Media şirkətə istinadən xəbər verir.

"Anglo Asian Mining plc” “Dəmirli” mis-molibden yatağının istismara verilməsinin başlanması və ilk hasilat barədə məlumat verir. Yatağın istismara verilməsi davam edir və ilin sonunadək istehsalın artacağı gözlənilir", - məlumatda qeyd olunub.

Şirkət 2025-ci ildə “Dəmirli” yatağında təxminən 4 min ton mis konsentratının istehsal olunacağını proqnozlaşdırır.

"2026-cı ildən etibarən istehsalın ildə təxminən 15 min ton misə qədər artacağı gözlənilir. Yatağın istismar müddəti geoloji model və mineral ehtiyatlar modelinin daha da işlənməsindən sonra müəyyən ediləcək", - məlumatda bildirilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər