Ana səhifə / İdman / Messi beşinci dəfə MLS-də matçın ən yaxşı oyunçusu seçilib Messi beşinci dəfə MLS-də matçın ən yaxşı oyunçusu seçilib 21.07.2025, 11:20 Əziz Əzizli "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi MLS-də matçın ən yaxşı oyunçusu seçilib. Operativ Media xəbər verir ki, 38 yaşlı mütəxəssis ABŞ karyerasında beşinci dəfə bu nailiyyətə imza atıb. “Nyu York Red Bullz”la qarşılaşmada (5:1) Messi iki qol vurub və iki məhsuldar ötürmə edib. Messi liqa tarixində iki fərqli mövsümdə ən azı beş dəfə "Matçın Oyunçusu" seçilən ilk oyunçu olub. 2025-ci il mövsümündə hücumçu MLS-də 18 matçda 18 qol vurub və 7 məhsuldar ötürmə edib. "İnter Mayami" 21 oyundan sonra 41 xalla MLS Şərq Konfransında 5-ci yerdədir. Teqlər: "Messi be\u015finci d\u0259f\u0259 MLS-d\u0259 mat\u00e7\u0131n \u0259n yax\u015f\u0131 oyun\u00e7usu se\u00e7ilib"