KL: Azərbaycan təmsilçilərinin potensial rəqibləri azaldı

Əziz Əzizli
KL: Azərbaycan təmsilçilərinin potensial rəqibləri azaldı

Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkatması baş tutacaq.

Operativ Media xəbər verir ki, tədbirdə Azərbaycanı bu turnirdə təmsil edən "Sabah", "Zirə" və "Araz Naxçıvan"ın rəqibləri də bəlli olacaq.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

"Sabah" və "Zirə"nin potensial rəqibləri

Səpələnmişlər səbətində yer alan 2-ci mərhələnin "Petrokub" (Modova) - "Sabah" (Azərbaycan) cütünün və "Zirə" (Azərbaycan) - "Hayduk" (Xorvatiya) cütünün qalibi səpələnməmişlər səbətində yer alan bu cütlərdən birinin ən güclüsü ilə üz-üzə gələcək:

"Rakuv" Çenstoxova (Polşa) - "Jilina" (Slovakiya)

"NK Çelye" (Sloveniya) - AEK Larnaka (Kipr)

"Aris" Limassol (Kipr) - "Puşkaş Akademiya" (Macarıstan)

"Levski Sofiya" (Bolqarıstan) - "Braqa" (Portuqaliya)

"Atletik Klub d’Eskaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya)

"Araz Naxçıvan"ın potensial rəqibləri

Səpələnməmişlər səbətində yer alan "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) cütünün qalibi isə səpələnmişlər səbətində olan bu cütlərdən birinin ən güclüsü ilə qarşılaşacaq:

"Aktobe" (Qazaxıstan) - "Sparta Praqa" (Çexiya)

"Omonia" (Kipr) - "Torpedo Kutaisi" (Gürcüstan)

"Zimbru Kişinyov" (Moldova) - "Astana" (Qazaxıstan)

"Riqa" (Latviya) - "Dila Qori" (Gürcüstan)

"Hibernians" (Malta) - "Spartak Trnava" (Slovakiya)

Digər xəbərlər