"Mançester Yunayted" "Çelsi"nin hücumçusu ilə qarşılaşacaq

Əziz Əzizli
"Mançester Yunayted" "Çelsi"nin hücumçusu ilə qarşılaşacaq

"Mançester Yunayted" "Çelsi"nin hücumçusu Nikolas Ceksonu transfer edə bilər.

Operativ Media bu barədə "BBC Sport"a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, “Mançester Yunayted” 24 yaşlı seneqallının transferi ilə bağlı artıq danışıqlara başlayıb. Eyni zamanda, "Çelsi" Ceksonu satmağa həvəsli deyil və yalnız yaxşı təklif gələrsə, bu imkanı nəzərdən keçirəcək. "Aston Villa" və "Milan" da Ceksona böyük maraq göstərir.

Cekson 2024/25 mövsümündə bütün turnirlərdə "Çelsi"nin heyətində 37 oyunda 13 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2033-cü ilə qədərdir.

"Transfermarkt" oyunçunun transfer dəyərini 50 milyon avro qiymətləndirir.

Digər xəbərlər